Maşından oğurluq edən şəxslər tutuldu

Maşından oğurluq edən şəxslər tutuldu
  20 Mart 2020    Oxunub:1933
“Mercedes” markalı avtomobildən 500 manat və sənəd oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində R.Bədəlovun “Mercedes” markalı avtomobilindən 500 manat və sənəd oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini B.Əbilov, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Salayev və Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş E.Tağızadə saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Oğurluq   Cinayət  





Xəbər lenti