Əlilliyi olan 540 nəfər özünüməşğulluq proqramına cəlb edilib

Əlilliyi olan 540 nəfər özünüməşğulluq proqramına cəlb edilib
  20 Mart 2020    Oxunub:1360
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb olunan həssas əhali qrupları arasında əlilliyi olan şəxslərə də üstünlük verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 2020-ci ilin ötən dövründə proqrama cəlb edilən 2 600-ə qədər vətəndaşdan 540 nəfəri əlilliyi olan şəxslərdir. Onlar da digər proqram iştirakçıları kimi ilk növbədə təlimlərə cəlb edilir və təlimlər zamanı kiçik biznesin qurulması və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnirlər.

Bununla bərabər, BMT İnkişaf Proqramı ilə birgə layihə əsasında 500 əlilliyi olan şəxsin özünüməşğulluq proqramı üzrə kiçik biznesə çıxışına şərait yaradılması işləri də aparılır.
Qeyd edək ki, 2019-cu ildə 2400-ə yaxın əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq, mal və materiallar formasında verilmiş aktivlər hesabına kiçik ailə təsərrüflarını qurublar.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti