Bakıda itkin düşən 4 nəfər tapıldı

 Bakıda itkin düşən 4 nəfər tapıldı
  20 Mart 2020    Oxunub:1849
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da 23 cinayətin üstü açılıb.

Onlardan 3-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Soyğunçuluq üzrə 1, narkotiklərlə əlaqəli 8, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 10 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 23 nəfər saxlanılıb.

İtkin düşən kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Azvision.az



Teqlər: BŞBPİ   Cinayət  





Xəbər lenti