Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
  20 Mart 2020    Oxunub:1990
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə rəsmi İnstaqram səhifəsində paylaşım edib.
Azvision.az -ın məlumatına görə, paylaşımda deyilir:

“Əziz həmvətənlər!⠀

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!⠀

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”

Azvision.az



Teqlər: Birincivitse-prezident   MehribanƏliyeva  





Xəbər lenti