Baş direktor koronavirusa yoluxdu

Baş direktor koronavirusa yoluxdu
  19 Mart 2020    Oxunub:2244
Avropa İttifaqının Brexit danışıqları üzrə baş direktoru Mişel Barnier yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində yazıb.

"Sizə bildirmək istərdim ki, COVID-19 testi müsbət nəticə verdi", - deyə Barnier yazıb.

M.Barnier özünü yaxşı hiss etdiyini və pozitiv əhval-ruhiyyəsini saxladığını qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   COVID-19   Brexit  





Xəbər lenti