Yük avtomobili qaz xəttinin üzərinə aşdı

Yük avtomobili qaz xəttinin üzərinə aşdı
  19 Mart 2020    Oxunub:1745
Lənkəran rayonunun Velədi kəndində idarəetmədən çıxan yük avtomobili qaz xəttinin üzərinə aşıb.
Bu barədə Azvision.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Nəticədə 25 abonenti qazla təmin edən 57 mm diametrində olan yerüstü aşağı təzyiqli qaz kəməri yararsız hala düşüb. Fəsadlar aradan qaldırılır.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti