Ermənistana qarşı aksiya - FOTO, VİDEO

Ermənistana qarşı aksiya - FOTO, VİDEO
  15 Mart 2013    Oxunub:1184
Aksiyaçılar Ermənistanın ABŞ-dakı səfirliyinə qarşı etiraz səslərini qaldırıblar
Vaşinqtonda Azərbaycan icmasının fəalları erməni təşkilatları və ermənipərəst konqresmenlərin Konqres binalarından birində “Dağlıq Qarabağın azadlığı uğrunda mübarizənin başlanmasının 25 illiyi” tədbirinə qarşı etiraz mitinqi keçirib. Aksiya iştirakçıları ABŞ-da erməni təşkilatlarına və Azərbaycanın ərazisi Dağlıq Qarabağın işğalını leqallaşdırmağa çalışan Ermənistanın ABŞ-dakı səfirliyinə qarşı etiraz səslərini qaldırıblar.

Aksiya iştirakçılar əllərində Azərbaycan, Türkiyə və ABŞ bayraqları, həmçinin üzərində “Ermənistan, Azərbaycan və Gürcüstana qarşı ərazi iddialarından əl çək!”, “Ermənistan Xocalı soyqırımına görə məsuliyyət daşıyır”, “Qarabağ hər zaman Azərbaycanın tarixi və qanuni hissəsi olub!” kimi plakatlar tutublar. Kapitoli Hilddə baş tutan etiraz aksiyasında Azərbaycan, Türkiyə, Özbəkistan diasporunun nümayəndələri fəal iştirak ediblər.

Qeyd edək ki, ermənilərin tədbirində Ermənistanın ABŞ-dakı səfirliyinin, qondarma “DQR-in nümayəndəliyinin” üzvlərinin iştirakı, “DQR gənclər naziri” isə müraciətlə çıxışı nəzərdə tutulub.(ans)


Qalereya




Teqlər:  





Xəbər lenti