Bakıda axtarışda olan 14 nəfər saxlanıldı

Bakıda axtarışda olan 14 nəfər saxlanıldı
  19 Mart 2020    Oxunub:1402
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 18-da 24 cinayətin üstü açılıb.

Onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 4, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 14 nəfər saxlanılıb.

İtkin düşən kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Azvision.az


Teqlər: BŞBPİ  





Xəbər lenti