Bakıda hamilə qadın xəstəxanada öldü

   Bakıda hamilə qadın xəstəxanada öldü
  19 Mart 2020    Oxunub:3051
Bakıda hamilə qadın dünyasını dəyişib.
TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Azvision.az -a bildirib ki, 1989-cu il təvəllüdlü qadın 17.03.2020 tarixdə saat 23:30-da M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi PHŞ-in qəbul şöbəsinə gətirilib.

“Müayinə zamanı xəstədə "mitral qapaq protezinin trombozu, 24 həftəlik hamiləlik, kəskin ürək çatışmazlığı" müəyyən edilib və kardioreanimasiya şöbəsinə yerləşdirilərək təcili tədbirlər aparılıb. Buna baxmayaraq, 18.03.2020 tarixində, saat 08:00-da bioloji ölüm baş verib. Bu barədə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə və Yasamal Rayon Prokurorluğuna məlumat verilib”.

Azvision.az


Teqlər: Qadın   Ölüm  





Xəbər lenti