ABŞ-da iki konqresmen koronavirusa yoluxdu

ABŞ-da iki konqresmen koronavirusa yoluxdu
  19 Mart 2020    Oxunub:1712
ABŞ Konqresinin üzvü, Yuta ştatından olan demokrat Bencamin Makadams koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Konqres üzvünün yaydığı açıqlamada bildirilib.

Bundan başqa, Florida ştatından respublikaçı konqresmen, Mario Dias-Balart da koronavirusa yoluxub.

“Mən özümü çox yaxşı hiss edirəm”, - deyə Dias-Balart özünün “Twitter”dəki səhifəsində yazıb. O, hamını ehtiyat tədbirlərinə riayət etməyə çağırıb.

Azvision.az


Teqlər: ABŞ   Virus  





Xəbər lenti