İtaliyada koronavirus bir gündə 475 can aldı

  İtaliyada koronavirus bir gündə 475 can aldı
  19 Mart 2020    Oxunub:2090
İtaliyada son sutka ərzində koronavirus (COVİD-19) infeksiyasından 475 nəfər ölüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli məlumat yayıb.

O bildirib ki, ölkədə virusa yoluxanların sayı 35 mindən çoxdur. İndiyədək 2978 nəfər bu xəstəlikdən dünyasını dəyişib, 4025 xəstə isə sağalaraq evə buraxılıb.

Azvision.az



Teqlər: İtaliya   Koronavirus  





Xəbər lenti