Əli Kərimli məhkəməyə gəlmədi, vəkil "mənlik deyil" dedi

Əli Kərimli məhkəməyə gəlmədi, vəkil "mənlik deyil" dedi
  18 Mart 2020    Oxunub:3028
Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.
Azvision.az xəbər verir ki, hakim Rəşid Səmədovun sədrliyi ilə baş tutan prosesdə Əli Kərimlini vəkil Bəhruz Bayramov təmsil edib.

Məhkəmədə şahid qismində AXCP-nin Cəbrayıl rayon şöbəsinin sabiq sədri Fuad Məstəliyev çıxış edib. O, şikayətçi Aydın Əliyevin partiyadan kənarlaşdırılmasının səbəbi barədə məlumatsız olduğunu bildirib.

"Rayon şöbəsində Aydın Əliyevin partiyadan çıxarılması ilə bağlı müzakirələr olmayıb. Mənə Əli Kərimli dedi ki, onu Rəyasət Heyətinin qərarı ilə partiyadan kənarlaşdırmışıq".

Bəhruz Bayramov isə partiyanın qərarlarına cavabdeh olmadığını, prosesdə yalnız Əli Kərimlinin vəkili kimi çıxış etdiyini bildirib.

Aydın Əliyev çıxışında Əli Kərimli tərəfindən AXCP-nin nizamnaməsinin kobud şəkildə pozulduğunu, onun qanunsuz olaraq partiyadan uzaqlaşdırıldığını vurğulayıb.

Çıxışlardan sonra hakim Rəşid Səmədov növbəti məhkəmə iclasının aprelin 3-də keçiriləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli özü məhkəmə prosesində iştirak etməyib.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: AXCP   Məhkəmə  





Xəbər lenti