4 uşaq anasının intihar etməsinə rəsmi münasibət
"Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və aidiyyəti istintaq işləri aparılır.
Məsələnin humanitar (sosial-ictimai) aspektləri ilə bağlı Ağcabədi rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri ailəyə baş çəkib, mövcud vəziyyət ilə maraqlanıb. Uşaqların hazırki psixoloji durumu qiymətləndirilərək onların mənafeyinin qorunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Məsələ Komitənin və regiondakı Uşaq və Ailələrə Dəstək Mərkəzinin diqqətindədir".
Aytən Zəhra
Azvision.az
Teqlər: