Avtomobildə gizlədilən siqaretlər aşkarlandı

Avtomobildə gizlədilən siqaretlər aşkarlandı
  18 Mart 2020    Oxunub:1810
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E 220 CDI" markalı avtomobil saxlanılıb və nəqliyyat vasitəsi rentgen aparatı ilə yoxlamadan keçib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin sağ və sol ayaq yerlərinin içərisindəki boşluqlarda gömrük nəzarətindən gizlədilən 7000 ədəd "Parliament Heets" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   Siqaret  





Xəbər lenti