“Tələbələrin hamısının istəkləri təmin olunub” - İtaliyadakı səfirimiz

“Tələbələrin hamısının istəkləri təmin olunub” -  İtaliyadakı səfirimiz
  18 Mart 2020    Oxunub:2142
"Daxil olmuş müraciətlərə cavab olaraq, ötən gün Romadan xüsusi çarter reysi təşkil olundu".

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə deyib. Səfirin sözlərinə görə, İtaliyanın müxtəlif şəhərlərində təhsil alan tələbələr təxliyə üçün müraciət ediblər:
"Ötən həftənin birinci günündən etibarən tələbələrimiz İtaliyanın Turin, Milan, Venesiya, Bolonya, Florensiya Siena, Piza şəhərlərindən müxtəlif qatar reysləri ilə paytaxt Roma şəhərinə gətirildilər. Tələbələrin yarısı Romada təhsil alanlar idi. Onların axşam saatlarında yüksək səviyyədə təhlükəsizlik qaydalarına əməl edilməklə Romadan birbaşa çarter reysi ilə Bakıya təxliyəsi təşkil olundu".

M.Əhmədzadə qeyd edib ki, tələbələrin bir hissəsi öncə getmək istədiklərini bildirsələr də, son məqamda fikirlərindən daşınıblar: "Bizə müraciət edən bütün tələbələrimizin hamısının istəkləri tam şəkildə təmin olunub. Son günlərdə bizə müraciət edən tələbələrin sayı 214-ə çatmışdı. Sonradan onların bir hissəsi fikirini dəyişdi".

Azvision.az


Teqlər: İtaliya   Səfir  





Xəbər lenti