“Professorun fikirləri rəsmi mövqeyi əks etdirmir” - ÜST

  18 Mart 2020    Oxunub : 1464
“Professorun fikirləri rəsmi mövqeyi əks etdirmir” - ÜST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçisi qismində Azərbaycana səfər etmiş professor Önder Ergönülün "HaberTurk" telekanalına müsahibəsi zamanı verdiyi açıqlamalar onun şəxsi fikirləridir və ÜST-nin rəsmi mövqeyini əks etdirmir.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, ÜST-nin mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, COVİD-19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir.

"ÜST-nin Azərbaycandakı ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla, hökümətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası kimi önəmli sahələrdə əməkdaşlıq edir.

Fürsətdən istifadə edərək, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirir".

Aytən Zəhra
Azvision.az

Teqlər: ÜST   Koronavirus