"Restoranlara getməyin" deyən ermənini döydülər

"Restoranlara getməyin" deyən ermənini döydülər
  18 Mart 2020    Oxunub:1434
Ermənistanda kütləvi tədbirlərdən imtinaya çağırış edən şəxsi döyüblər.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, T.Ç adlı şəxs "Facebook" səhifəsində bununla bağlı paylaşım edib.

O, insanları restoranlarda keçirilən mərasimlərdə iştirak etməməyə çağırıb. Bundan sonra restoranlardan birinin sahibi tərəfindən hücuma məruz qalıb və döyülüb.

Hadisə ilə bağlı araşdırma aparılır. Məlum olub ki, həmin şəxsin döyülməsində restoran sahiblərinin qohumları da iştirak ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti