Prezidentin köməkçisi və nazir döyüş texnikalarına baxış keçirdi - FOTOLAR+VİDEO
Görüşlər zamanı burada yaradılan şəraitlə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov və general-polkovnik M.Əliyev Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdırıblar.
Görüşdə hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışılıb və bu işlərin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb. Hərbi qulluqçular və onların ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.
Sonra general-polkovnik Z.Həsənov və general-polkovnik M.Əliyev hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə maraqlanıb, onları bayram münasibəti ilə təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıblar.
Azvision.az