Bakıda bir gündə 25 nəfər saxlanıldı

Bakıda bir gündə 25 nəfər saxlanıldı
  18 Mart 2020    Oxunub:1416
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-da 26 cinayətin üstü açılıb.

Onlardan 7-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, soyğunçuluq üzrə 1, quldurluq üzrə 1, narkotiklərlə əlaqəli 6, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb.

İtkin düşən kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Azvision.az



Teqlər: Bakı   Polis  





Xəbər lenti