1255 azərbaycanlı Türkiyədən Bakıya gətirilib

 1255 azərbaycanlı Türkiyədən Bakıya gətirilib
  18 Mart 2020    Oxunub:2626
Koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar Azərbaycan vətəndaşlarının Türkiyədən təxliyəsi davam edir.
Azvision.az Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən xəbər verir ki, martın 15-dən 17-dək AZAL və THY aviaşirkətlərinin təyyarələri Ankara və İstanbul şəhərlərindən çarter reysləri ilə körpələr də daxil olmaqla, ümumilikdə, 1255 vətəndaşımızı Heydər Əliyev Beynəlxalq Aeroportuna çatdırıblar. Martın 17-də sonuncu təyyarə İstanbuldan yerli vaxtla saat 21:00-da havaya qalxıb.

Qeyd edək ki, Azərbaycanın Ankaradakı səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarımızda Türkiyədəki vətəndaşlarımızın suallarını cavablandırmaq üçün “qaynar xətt”lər fəaliyyət göstərir.

Diplomatik nümayəndəliklərimiz proseslə bağlı fasiləsiz iş rejimində çalışır. Təxliyə prosesinin davam etdirilməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: Türkiyə   Səfirlik  





Xəbər lenti