İtaliyadakı tələbələrimiz evakuasiya edilir - VİDEO+FOTOLAR

İtaliyadakı tələbələrimiz evakuasiya edilir -  VİDEO+FOTOLAR
  18 Mart 2020    Oxunub:9131
İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar vətənə qayıtmaq üçün müraciət etmiş Azərbaycan vətəndaşları Roma şəhərindən Bakıya evakuasiya olunurlar.
Azvision.az xəbər verir ki, Romanın Fiumicino hava limanından Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa çarter reysi həyata keçirilir. Azərbaycanlıların olduğu təyyarə artıq yola düşüb. Yaxın saatlarda onlar Bakıda olacaqlar.

Qeyd edək ki, vətənə qayıdanların əksəriyyəti İtaliyada təhsil alan azərbaycanlı tələbələrdir. Gənclər göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnədarlıqlarını bildiriblər.





























Azvision.az


Teqlər: İtaliya   Roma  





Xəbər lenti