Məscid və ziyarətgahlarda ibadətlər dayandırıldı - YENİLƏNİB

 Məscid və ziyarətgahlarda ibadətlər dayandırıldı -  YENİLƏNİB
  18 Mart 2020    Oxunub:5207
Bu gün Qafqaz Müsəlmanları İdarəsində Qazilər Şurası və səlahiyyətli şəxslərin iştirakı ilə iclas keçirilib.
Bu barədə Azvision.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Qeyd edilib ki, iclasda koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın ölkə üzrə bütün kütləvi tədbirlərin təxirə salınması haqqında qərarına əsasən, məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb.

İclasda dindarların bu qərara əməl etmələri xahiş olunub.

Azvision.az


Teqlər: Məscid   Qadağa  





Xəbər lenti