Miqrasiya Xidmətinin rəisi canlı yayımda sualları cavablandırdı - VİDEO

  17 Mart 2020    Oxunub : 16043
 Miqrasiya Xidmətinin rəisi canlı yayımda sualları cavablandırdı - VİDEO
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov növbəti dəfə “Facebook” hesabında canlı yayıma çıxıb.
Azvision.az -ın məlumatına görə, Vüsal Hüseynov sosial şəbəkə vasitəsilə Miqrasiya Xidmətinin qəbul şöbələrinin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması, mövcud vəziyyətlə bağlı ölkəmizdə olan əcnəbilərin olma müddətlərinin uzadılması və ümumi olaraq Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı sualları cavablandırıb.



Vüsal Hüseynov bildirib ki, viza müddəti, yaxud viza tələb olunmayan qaydada gələn, ölkədə 30 və ya 90 günlük olma müddəti bitən, lakin məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilər Miqrasiya Xidmətinə müvəqqəti olma müddətinin uzadılması üçün elektron qaydada müraciət edə bilərlər.

Azvision.az

Teqlər: Vüsal-Hüseynov   Miqrasiya-Xidməti