Metrodan istifadə edənlərin sayı 20 faiz azalıb

  17 Mart 2020    Oxunub : 2444
Metrodan istifadə edənlərin sayı 20 faiz azalıb
Son günlər Bakı metrosundan istifadə edən sərnişinlərin sayında azalma müşahidə edilir.

Bunu Azvision.az -a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, təhsil müəssisələrində tədris prosesinin dayandırılması ilə əlaqədar sərnişinlərin sayı azalıb: "Sərnişinlərin sayında azalma var. Belə ki, sərnişin sayı təxminən 20-21 faiz azalıb. Qatarlarda sərnişin sıxlığı müşahidə olunmur. Nazirlər Kabineti yanında operativ qərargahla sıx təmasda işləyirik. Operativ qərargahın tapşırıq və tövsiyyələrinə uyğun olaraq bütün məsələlər daim nəzarətdə saxlanılır", - deyə qurum rəsmisi vurğulayb.

Bəxtiyar Məmmədov
Azvision.az

Teqlər: Metro   Sərnişin