AŞPA-nın yaz sessiyası ləğv edildi

  17 Mart 2020    Oxunub : 1525
 AŞPA-nın yaz sessiyası ləğv edildi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 20-24-nə planlaşdırılan yaz sessiyası ləğv edilib.
Azvision.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Sessiya koronavirusun yayılması səbəbindən ləğv olunub.

AŞPA prezidenti Rik Daems qərarın qəbulundan əvvəl Assambleya Bürosu ilə məsləhətləşmələr aparıb. Assambleya üzvlərinin, qonaqların və işçilərin təhlükəsizliyini və rifahını qorumaq məqsədilə belə qərar verilib.

Xatırladaq ki, bundan əvvəl komitələrin bütün iclasları ləğv edilmişdi.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: AŞPA