Lənkəranda 20 nəfər yanğından xilas edilib

  17 Mart 2020    Oxunub : 1360
Lənkəranda 20 nəfər yanğından xilas edilib
Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzildə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə nəticəsində mənzilin bir hissəsi və dəhlizində paltaryuyan maşın yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: FHN   Yanğın   Təxliyə