Uhanda cəmi 1 yeni yoluxma qeydə alındı

Uhanda cəmi 1 yeni yoluxma qeydə alındı
  17 Mart 2020    Oxunub:1269
Yeni növ koronavirusun (Covid-19) təsbit edildiyi Çinin Uhan şəhərində son 24 saat ərzində yalnız bir yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Son sutkada biri Uhan şəhərində olmaqla, ümumilikdə 21 yeni yoluxma aşkarlanıb. 45 nəfər isə koronavirus şübhəsi ilə karantinə alınıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çin   Uhan  





Xəbər lenti