İtkin düşən 3 nəfər ailəsinə təhvil verildi

İtkin düşən 3 nəfər ailəsinə təhvil verildi
  17 Mart 2020    Oxunub:1296
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da 24 cinayətin üstü açılıb.

Onlardan 6-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 2, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb.

İtkin düşən kimi axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Azvision.az


Teqlər: Bakı-Polisi  





Xəbər lenti