Fransada “sanitar müharibə” - Evdən çıxanlar cərimələnəcək

 Fransada “sanitar müharibə” -  Evdən çıxanlar cərimələnəcək
  17 Mart 2020    Oxunub:2606
Fransa Prezidenti Emmanuel Makron koronavirusla əlaqədar bir sıra yeni təcili tədbirlər elan edib.

Azvision.az -ın TASS-a istinadən verdiyi məlumata görə, Makron xalqa müraciətində bildirib ki, martın 17-dən etibarən Avropa İttifaqı, Şengen bölgəsinin sərhədləri 30 gün ərzində bağlanacaq.
Qeyri-Avropa ölkələri ilə Avropa İttifaqı ölkələri arasındakı səfərlər 30 günlük dayandırılır. Makron, həmçinin qeyd edib ki, martın 17-dən etibarən ölkə ərazisində yalnız zəruri hallarda hərəkətə icazə veriləcək. İnsanlar evdən vacib iş üçün (sağlamlıq problemi, alış-veriş) çıxdıqda polisə xüsusi arayış təqdim etməli olacaqlar.

İcazəsiz evdən çıxan şəxsləri 38-135 avroya qədər cərimə gözləyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti