Bakıda köməksiz qalan 2 uşaq xilas edildi

Bakıda köməksiz qalan 2 uşaq xilas edildi
  17 Mart 2020    Oxunub:1414
Bakı şəhərinin Binəqədi rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Oxşar hadisə Bakı şəhərinin Nəsimi rayonunda da baş verib. Belə ki, 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas ediblər.

Azvision.az


Teqlər: FHN   Mənzil   Uşaq  





Xəbər lenti