AZAL: Biletlərin pulu geri qaytarılacaq

   AZAL:    Biletlərin pulu geri qaytarılacaq
  17 Mart 2020    Oxunub:2275
Qlobal pandemiya hesab olunan koranavirus səbəbindən ləğv olunmuş reyslər üzrə əldə edilmiş aviabiletləri uçuş tarixindən sonra da qaytarıb ödənişi geri almaq mümkündür.
Azvision.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” məlumat yayıb.

Qeyd olunub ki, sərnişinlərə ödənişlərin tam şəkildə geri qaytarılacağına zəmanət verilir: “Xahiş olunur, təşvişə qapılmayasınız və müştəri xidmətlərinin cavabını gözləyəsiniz. Bütün müraciətlərə növbə ilə baxılır. Anlayışınız üçün təşəkkür edirik”.

Azvision.az



Teqlər: AZAL  





Xəbər lenti