“Azəriqaz"ın xüsusi rejimdə göstərəcəyi xidmətlər - SİYAHI

“Azəriqaz"ın xüsusi rejimdə göstərəcəyi xidmətlər -    SİYAHI
  16 Mart 2020    Oxunub:1254
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması tədbirləri, eləcə də insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyələr nəzərə alınmaqla “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyətində martın 15-dən 20-dək məhdudlaşma aparılıb.
Müştəri xidmətlərinin göstərilməsi baxımından bu mərkəzlərlə sıx bağlılığı olan "Azəriqaz" İstehsalat Birliyi də bu gündən etibarən yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı "ASAN xidmət" mərkəzində bir pəncərədə ən zəruri xidmətləri icra edir.

Birlikdən Azvision.az -a verilən məlumata görə, həmin xidmətlər aşağıdakılardır:

1. İtirilmiş və ya zədələnmiş smart kartların bərpası;

2. Yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi;

3. Qüsurlu ödənişlərin bərpası;

4. Smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi;

5. Koda düşmüş kartların bərpası;

6. Qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi.

Qeyd edək ki, sadalanan xidmətlərlə bağlı vətəndaşlar martın 20-dək Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət edə bilərlər.

Azvision.az


Teqlər:





Xəbər lenti