Gürcüstanda qalan vətəndaşlarla bağlı rəsmi açıqlama
"VARDAR" və "METRO" daşıyıcı şirkətlərinə məxsus 99 JH 866 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların Gürcüstan sərhəddindən tranzit keçidinə izn müəyyən təhlükəsizlik tədbirləri səbəbilə bu gün saat 14:30-da verilib.
Sərnişinlər Gürcüstanın Lançxuti şəhərində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində istirahət edə biləcək, su və zəruri qida ilə təmin olunacaqlar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparılan danışıqlar nəticəsində göstərilən operativ münasibətdən dolayı Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyə Cümhuriyyəti Nəqliyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Daşımalarının Tənzimlənməsi Baş İdarəsi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə xüsusi təşəkkürünü bildirir.
Qeyd edilib ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərimizin dövlət sərhəddindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək. Sərnişinlərimizdən və onların yaxınlarından mövcud durumda panikaya yol vermədən 012 566 52 58 nömrəli qaynar xətlə əlaqə saxlamaları tövsiyyə edilir.
Azvision.az
Teqlər: DANX