Narkotik satan daha 4 nəfər ələ keçdi

Narkotik satan daha 4 nəfər ələ keçdi
  16 Mart 2020    Oxunub:1760
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının daxil olmuş məlumatlar əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - şəhər sakinləri E.Nuruşov və əvvəllər məhkum olunanlar - A.Şirəliyev, S.Hacıyev və T.Quliyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı A.Şirəliyevdən 1 kiloqramdan artıq heroin, S.Hacıyevdən 450 qram, E.Nuruşovdan 480 qram, T.Quliyevdən isə 430 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti