Koronavirusla bağlı fondun yaradılması təklif olundu

 Koronavirusla bağlı fondun yaradılması təklif olundu
  16 Mart 2020    Oxunub:1579
Hindistanın Baş Naziri Şri Narendra Modi Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatına (SAARC) üzv ölkələr üçün COVID-19 Təcili Yardım Fondunun yaradılmasını təklif edib.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazir Modi bölgədə COVID-19 ilə birgə mübarizə aparmaq, ortaq strategiya tərtib etmək məqsədilə SAARC-a üzv ölkələrin rəhbərləri ilə video-konfrans vasitəsilə aparılan müzakirələrdə bildirib.

Modi keçmişdə Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) üzv ölkələrinin tərkibinə daxil olan insanlar arasında ünsiyyəti və cəmiyyətlərarası qarşılıqlı əlaqəni vurğulayaraq, ortaya çıxan çətinliklərlə birgə mübarizə aparmaq üçün millətlərin bir araya gəlməyə hazırlaşmalarının böyük önəm daşıdığını qeyd edib.

Baş Nazir, bütün ölkələrin könüllü yardımı əsasında COVID-19 Təcili Yardım Fondunun yaradılması təşəbbüsünü irəli sürüb və Hindistanın fond üçün ilkin olaraq 10 milyon ABŞ dolları təklif etdiyini vurğulayıb.

Fonda daxil olan vəsaitlər tərəfdaş ölkələrin hər hansı biri üçün təcili görülən işlərin xərcinin ödənilməsi üçün istifadə edilə bilər. Baş Nazirin sözlərinə görə, mütəxəssislərdən ibarət “Təcili yardım qrupu” da yaradılacaq.

O, qonşu ölkələrin təcili yardım qrupları üçün onlayn təlim qurumlarının yaradılmasını və Hindistanın Xəstəliklərə Nəzarət Portalının tərkibində mümkün virus daşıyıcılarını və onlarla ünsiyyətdə olan insanları izləməyə kömək etmək məqsədilə proqram təminatını təklif edib. Bildirib ki, bundan Xəstəliklərin İdarəetmə Mərkəzi kimi mövcud qurumların ən yaxşı işləmə metodlarını bir araya gətirmək üçün istifadə edilə bilər.

Baş Nazir Cənubi Asiya bölgəsində epidemiya xəstəliklərinə nəzarət üzrə tədqiqatları əlaqələndirmək üçün ortaq tədqiqat platformasının yaradılmasını da təklif edib.

Rəhbərlər təklif olunan təşəbbüslərə görə Baş Nazirə öz təşəkkürlərini bildiriblər. Modi birgə mübarizə etməyin vacibliyini bir daha qeyd edərək Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) üzv ölkələrinin qonşuluq əməkdaşlığının dünya üçün bir nümunə olacağını söyləyib.

Prezident Əşrəf Qani Əfqanıstanın ən böyük həssaslığının İran ilə açıq sərhəddinin olduğunu bildirib. Diffuziya modellərinin modelləşdirilməsini və qonşu ölkələr arasında daha çox əməkdaşlığın qurulmasını təklif edib.

Maldiv Prezidenti İbrahim Məhəmməd Solih COVID-19-un ölkədəki turizmə və iqtisadiyyata mənfi təsirini vurğulayıb. O, ölkələrin səhiyyə təcili yardım agentlikləri arasında daha sıx əməkdaşlıq etmələrini, iqtisadi yardım paketinin və bölgənin uzunmüddətli bərpa planının hazırlanmasını təklif edib.

Şri-Lanka Prezidenti Gotabaya Rajapaksa ən yaxşı təcrübələri bölüşmək və COVID-19-a qarşı regional məsələlərin əlaqələndirilməsi üçün CARƏD Nazirlər səviyyəsində qrup yaratmağı tövsiyə edib.

Banqladeşin Baş Naziri Şeyx Hasina bölgənin Səhiyyə Nazirləri və Katibləri arasındakı video-konfrans vasitəsilə dialoqun texniki səviyyədə davam etdirilməsini təklif edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti