Saxta sənədlə sərhədi keçmək istəyən 20 nəfər saxlanılıb - FOTOLAR

   Saxta sənədlə sərhədi keçmək istəyən 20 nəfər saxlanılıb -    FOTOLAR
  16 Mart 2020    Oxunub:1415
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
DSX-dan Azvision.az -a verilən məlumata görə, son bir ay ərzində dövlət sərhə­dindən buraxılış məntəqələrində 20 əcnə­binin, o cümlədən 4 İran, 4 Konqo, 3 Pakistan, 2 Özbəkistan, 2 Hindistan, 1 Türkiyə, 1 Tacikistan, 1 Qvineya, 1 Şri-Lanka və 1 Moldova vətəndaşının sənədlərinin saxtalaşdırıl­ması halları müəyyən edilərək müvafiq tədbirlər görülüb.



12 mart tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin, Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru dövlət sərhədinin pozulmasına cəhdin qarşısı alınıb.



Geriyə qaçan sərhəd pozucularının hərəkət marşrutu üzrə ərazidə axtarış aparılarkən 1 ədəd ağ rəngli bağlamada 2 kq heroin və 500 qr metamfetamin aşkar olunaraq götürül­üb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Azvision.az



Teqlər: DSX  





Xəbər lenti