Xüsusi təyinatlı müəssisələrdə qarnizon xidməti yaradılacaq

 Xüsusi təyinatlı müəssisələrdə qarnizon xidməti yaradılacaq
  16 Mart 2020    Oxunub:1673
Azərbaycanda xüsusi təyinatlı müəssisələrdə qarnizon xidmətinin təşkil edilməsi təklif olunur.
Azvision.az xəbər verir ki, bununla bağlı "Sərhəd mühafizə orqanları haqqında" qanunun 2-ci maddəsinə dəyişiklik nəzərdə tutulur.

Dəyişikliyə əsasən, sərhəd mühafizə orqanları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini əsas tutur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd mühafizə orqanlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir (yalnız xüsusi təyinatlı müəssisələrdən başqa).

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qanun   Layihə  





Xəbər lenti