Keçmiş məhkumun evindən 3,7 kq narkotik götürüldü

Keçmiş məhkumun evindən 3,7 kq narkotik götürüldü
  16 Mart 2020    Oxunub:1297
Astara rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 3,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən xəbərə görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon Ərçivan qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Şükür Səmədov 1 bükümdə narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb.

“İsti izlər”lə davam etdirilən tədbirlər zamanı saxlanılan şəxsin Ərçivan qəsəbəsindəki evindən ümumi çəkisi 3 kiloqram 697 qram narkotik vasitə tiryək, 2 bükümdə ümumi çəkisi 1,546 qram psixatrop maddə olan metamfetamin və 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Ş.Səmədov narkotik vasitəni Behman adlı İran vətəndaşından əldə etdiyini və satışını təşkil etmək üçün evində saxladığını bildirib. Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti