Bakıda dəmir yolu körpüsü sökülür

Bakıda dəmir yolu körpüsü sökülür
  15 Mart 2020    Oxunub:1483
Bakının Nəsimi rayonu, Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsində yerləşən mövcud dəmir yolu körpüsünün sökülməsi işlərinə başlanılıb.
Azvision.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçələrin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsində məhdudlaşdırılıb.

Məhdudlaşma bu gün səhər saatlarından tətbiq olunub və söküntü işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bununla əlaqədar yarana biləcək müvəqqəti narahatlığa görə agentlik vətəndaşlardan üzr istəyir.

Azvision.az


Teqlər: Körpü  





Xəbər lenti