Ağstafada evdən silah-sursat tapıldı

Ağstafada evdən silah-sursat tapıldı
  14 Mart 2020    Oxunub:2342
Ağstafa sakininin evində silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xətai kənd sakini, 64 yaşlı Tahir Yaqubəliyevin evinə baxış keçirilən zaman oradan torbalarda qablaşdırılmış 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahı, həmin silaha aid 4 ədəd daraq, 113 ədəd 5.45 mm və 108 ədəd 7.62 mm kalibirli avtomat silahına aid patronlar, üzərində “KOMAR 2M” yazısı olan 1 ədəd radio cihazı və 24 ədəd iri çaplı patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər:





Xəbər lenti