Bakıda oğurluq etrməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Suraxanı Rayon Polios İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Ağayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.