Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  14 Mart 2020    Oxunub:1761
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, martın 13-də saat 20 radələrində Şəki rayonunun Biləcik kəndi ərazisində Mingəçevir şəhər sakini Y.Quliyev idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən rayon sakini Elçin Rəcəbovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Yol   Qəza  





Xəbər lenti