Özbəkistan uçuşları və ölkəyə girişi dayandırdı

Özbəkistan uçuşları və ölkəyə girişi dayandırdı
  14 Mart 2020    Oxunub:1670
Özbəkistan hökuməti bu gündən Fransa, İspaniya və Böyük Britaniya ilə aviareysləri müvəqqəti olaraq dayandırıb.
Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, bu qərar koronavirusun yayılması ilə əlaqədar qəbul olunub.

Özbəkistan hökumətindən bildirilib ki, həmin ölkələrdəki vətəndaşların təxliyəsi üçün çarter reyslər təşkil oluna bilər.

Bundan əlavə, 14 mart tarixindən etibarən Çin, Cənubi Koreya, İtaliya, İran, Fransa və İspaniya vətəndaşlarının, eləcə də bu ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin, son 14 gündə adıçəkilən ölkələri ziyarət edənlərin Özbəkistana girişinə icazə verilməyəcək. Məhdudiyyət diplomatik və xidməti pasport sahiblərinə tətbiq edilmir.

Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, sutka ərzində ölkədə koronavirusa yoluxma qeydə alınmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Özbəkistan  





Xəbər lenti