Operativ qərargahda koronavirusla bağlı müşavirə keçirildi

Operativ qərargahda koronavirusla bağlı müşavirə keçirildi
  14 Mart 2020    Oxunub:2851
Martın 13-də Nazirlər Kabineti yanında operativ qərargahın müşavirəsi keçirilib.
Operativ qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 virusu pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə müzakirələr aparılıb.

Nazirlər Kabinetinin müşavirəsində təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilib. Qəbul olunmuş qərarlar əsasında aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. COVID-19 virusunun daha geniş yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir.

Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq bütün öhdəlikləri yerinə yetirir.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Qərargah  





Xəbər lenti