“Aidiyyatı orqanlar virusu lokallaşdıra biliblər” - Operativ qərargah

 “Aidiyyatı orqanlar virusu lokallaşdıra biliblər” -    Operativ qərargah
  14 Mart 2020    Oxunub:3582
Ölkədə xüsusi rejimin tətbiq edilməsi vəziyyətin ağır olması anlamına gəlmir.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda nisbi-əlverişli vəziyyəti qoruyub saxlamaq üçün qabaqlayıcı tədbirlər görülür.

"Çalışırıq ki, başqa ölkələrdəki vəziyyətə gəlib çıxmaın. ÜST-ün tövsiyələri və təcrübələri var. Biz görürük ki, bəzi ölkələrdə vəziyyətə riayət etmədikləri üçün pandemiya halını alıb. Ölkəmiz və hökumətimiz bu işdə problemdən bir addım öndə olmaq və hadisələri qabaqlamaq strategiyasını tətbiq edir. KİV-dən xahiş olunur ki, daha çox populyar olmaq, tamaşaçı yığmaq prinsipi ilə deyil, ölkənin təhlükəsizliyi prinsipindən vəziyyətə yanaşsınlar. Hamı bir gəmidədir. Epidemiya "sizdə var, biz də yoxdur" prinsipi yoxdur. Anonim mənbələrə istinadən səs yaymağa cəhdlər olarsa, hüquq-mühafizə orqanları tərəfindən addımlar atacaq".

İ.Məmmədov qeyd edib ki, ölkədə virusa yoluxanlar xarici mənşəlidir: "Azərbaycanda daxildə, yerli bir-birinə yoluxma halı yoxdur. Bu, yaxşı haldır. Dövlətimiz və aidiyyatı orqanlar virusu lokallaşdıra biliblər. Növbəti mərhələdə daxildə yoluxma hallarının qarşısının alınmasına çalışılır. Hazırda 15 xəstə var. İndiyə qədər bir nəfər dünyasını dəyişib".

Onun sözlərinə görə, xəstələr arasında səhhəti yaxşılaşanlar da var.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qərargah  





Xəbər lenti