Azərbaycanda futzal liqaları dayandırıldı

   Azərbaycanda futzal liqaları dayandırıldı
  13 Mart 2020    Oxunub:1519
Futzal üzrə Azərbaycan çempionatlarında oyunlar təxirə salınıb.
Bu barədə Azvision.az -a federasiyanın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, koronavirus pandemiyasının dünyada geniş yayılmasınını, ölkəmizdə virusa qarşı aparılan mübarizəni, həmçinin idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını nəzərə alan Azərbaycan Futzal Federasiyasının rəhbərliyi martın 14-dən ayın sonuna qədər futzal liqalarında, eləcə də ölkə kubokunun 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməsi nəzərdə tutulan bütün matçlar dayandırılıb.

Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqası və I Divizionun oyunları da eyni səbəbdən təxirə salınıb.

Azvision.az


Teqlər:





Xəbər lenti