“Port Baku” adi rejimdə fəaliyyətini davam etdirir - FOTOLAR

 “Port Baku” adi rejimdə fəaliyyətini davam etdirir -    FOTOLAR
  13 Mart 2020    Oxunub:12644
Bakının bütün ticarət və əyləncə mərkəzlərində dezinfeksiya tədbirləri həyata keçirilir.
Azvision.az Baku Port Tower, Azure Biznes Mərkəzi, "Megafun" ailəvi əyləncə mərkəzlərində dezinfeksiya işlərinin aparıldığını göstərən fotoları təqdim edir:



Port Baku Biznes Mərkəzinin rəhbərliyi bildirib ki, gün ərzində müxtəlif media orqanlarında, habelə sosial media hesablarında yayılan xəbərlər əsassızdır və dezinformasiya xarakteri daşıyır. Biznes mərkəzi öz adi iş rejimində fəaliyyətini davam etdirir və bütün lazımi ümumi tədbirləri mütəmadi həyata keçirir.



Burada yerləşən müxtəlif şirkət və təşkilatlar öz fəaliyyətlərini mövcud iş rejiminə və vəziyyətə uyğunlaşdırmaqda, lazımi tədbirləri görməkdə sərbəstdirlər. Biznes mərkəzi bu istiqamətdə onlara tam dəstəyini davam etdirir.



Azvision.az



Teqlər: Ticarət-Mərkəzi  





Xəbər lenti