ÜST-dən koronavirusla bağlı Azərbaycana tövsiyə

ÜST-dən koronavirusla bağlı Azərbaycana tövsiyə
  13 Mart 2020    Oxunub:5504
Azərbaycana tövsiyə edirik ki, xəstəlik hallarına erkən reaksiya verilsin, xəstəliyin müalicəsini gücləndirsin.

Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi, missiyanın rəhbəri Karolin Braun deyib.
Onun sözlərinə görə, Azərbaycanda olduqları bir həftə ərzində dövlət qurumları ilə görüş keçirilib, əsas diqqət yetirməli olan məsələlər müzakirə edilib.

"Dövlət qurumları ilə apardığımız müzakirələrə, elmi araşdırmaların nəticələrinə uyğun olaraq tövsiyələrimizi formalaşdırdıq. Xəstəlik hallarının sayı çoxaldığından "Covid- 19" pandemiya elan olunub. Bu, bizim strategiyalarımızı dəyişdirməyib. Bəzi ölkələrdə xəstəlik halı qeydə alınmayıb.

Profilaktik tədbirlərimizi davam etdiririk. "Covid 19"-un pandemiya elan olunması ilə ölkələrə çağırış edildi ki, pandemiya ilə mübarizə aparmaq sahəsində cəhdlərini səfərbər etsinlər", - deyə ÜST nümayəndəsi vurğulayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti