Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda koronavirusa yoluxanların sayı artdı
  13 Mart 2020    Oxunub:1679
Ermənistanda koronavirusa iki yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan "Facebook"da yazıb. Onun sözlərinə görə, virus martın 11-də xəstəliyə yoluxmuş bir vətəndaşla ünsiyyət quran və ailə tədbirində iştirak edən şəxslərdə aşkarlanıb. Bununla da Ermənistanda "COVİD-19"a yoluxanların sayı 8 nəfərə çatıb.

Bundan başqa, son iki həftə ərzində karantində saxlanılan 31 şübhəlinin analizlərinin nəticələri bu axşam məlum olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti