Azərbaycanın 5 milyonluq yardımı ÜST-ə təqdim edilib

  13 Mart 2020    Oxunub : 1369
Azərbaycanın 5 milyonluq yardımı ÜST-ə təqdim edilib
Azərbaycanın koronavirusla mübarizə məqsədilə ayırdığı 5 milyon ABŞ dolları məbləğində yardım Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı ÜST-in Baş direktoru Tedros Adhanom Ghebreyesus “Twitter” səhifəsində məlumat paylaşıb.

Baş direktor yardıma görə Azərbaycana təşəkkür edib: "Belə qlobal həmrəylik səhiyyə işçilərinin öz həyati vəzifələrini yerinə yetirmələri, müalicəyə ehtiyacı olan insanlara kömək etmələri üçün səhiyyə xidmətlərinin gücləndirilməsi baxımından olduqca vacibdir".

Qeyd edək ki, Azərbaycan Respublikası və Dünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə DST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ÜST   Koronavirus